Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 8 mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı şəhid və qazi ailələri üçün konsert proqramı təşkil edilib.

Heftelik.az-ın məlumatına görə, konsert “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə Sahil Quliyevin bədii rəhbərliyi, həmçinin maraqlı rəqslər Sənan Cavadovun quruluşunda təqdim edilib.

Xalq artisti Şahnaz Haşımova, solistlər Şirxan Cahangirov, Samir Məmmədov, Zəminə Nuriyeva, Xəyal Əliyev, İlham Qasımov, Rövşən  Məmmədov, Əli Əliyev, Elşən Cəfərov, Əli Məmmədov, Azər Verdiyev və Bülbül Vokal Məktəbinin tələbələri çıxış ediblər.

Konsert proqramında Cahangir Cahangirov, Zakir Bağırov, Ələkbər Tağıyev, Elza İbrahimova, Müslüm Maqomayev, Emin Sabitoğlunun əsərləri səsləndirilib.

Gecədə “Nağara şou” tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.