Sabirabadda ağır qəza olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza Sabirabad rayonunun Qaragüney kəndi ərazisində baş verib.

“Chevrolet” və “Mercedes” markalı avtomobillərin  toqquşması nəticəsində Sabirabad rayonunun Zalqarağac kənd sakinləri, sürücü 1989-cu il təvəllüdlü Süleymanov Ərzuman Məzahir oğlu və 1978-ci il təvəllüdlü Mədətov Zaur Xudayar oğlu ölüblər.

Zalqarağac kənd sakini 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlu isə müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.