Alınmış borclar üzrə borcun əsas məbləği qaytarıldıqda (faizlər istisna olmaqla) və rezident banklar tərəfindən açılan müxbir hesablara ödənişlər aparıldıqda Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.

Ödənilən vəsaitlər ödəniş tarixindən hesaba qaytarıldığı gün daxil olmaqla 1 il müddətində güzəştli vergi tutulan ölkədəki hesabdan ödəyən şəxsin bank və digər ödəniş hesabına qaytarıldıqda da Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir.