“İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları” beynəlxalq korporativ idarəetmə təcrübəsi nəzərə alınmaqla hazırlanmış və investisiya şirkətlərində korporativ idarəetmə standartlarını müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu Standartların müəyyən edilməsində məqsəd korporativ idarəetməyə dair qanunla müəyyən olunmuş tələbləri əsas tutaraq investisiya şirkətlərində etibarlı, şəffaf idarəetmə və hesabatlılıq sisteminin təşkili, daxili nəzarətin və risklərin idarə olunmasının effektivliyinin təmin edilməsidir.
Korporativ idarəetmə investisiya şirkətinin strateji baxışı əsasında onun strateji vəzifə və hədəflərinin müəyyən edilməsini, onlara nail olması üçün alət və proseslərin mövcudluğunu, bütün idarəetmə səviyyələrində dəqiq səlahiyyət bölgüsünü, habelə risklərin səmərəli idarə edilməsinə və fəaliyyətinin şəffaflığına nail olunması məqsədi ilə effektiv daxili nəzarət sisteminin tətbiqini təmin edən idarəetmə üsuludur.