Hansı halların cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən müəyyən edilmiş hesab olunuduğu aşıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Aşağıdakı hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən müəyyən edilmiş hesab olunur:
– şəxslərin qanunu bilməsi;
– şəxslərin xidməti ilə əlaqədar vəzifələrini və öz peşə qaydalarını bilməsi;
– şəxs xüsusi hazırlığın və ya təhsilin olmasını təsdiq edən sənədlər təqdim etmədikdə, yaxud xüsusi hazırlıq və təhsil verən müəssisə və ya digər təşkilatın adını bildirmədikdə, onun xüsusi hazırlığının və təhsilinin olmaması.