Daxili audit fəaliyyətinin effektivliyinin artırılması məqsədilə icra orqanı daxili audit funksiyasını şirkətdaxili təşəbbüslər və layihələr, təkmilləşmələr, xidmətlər və əməliyyat dəyişiklikləri barədə məlumatlandırmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Daxili audit yoxlamasının nəticələrinə əsasən daxili audit hesabatı hazırlanır. Hesabatda audit tapıntıları faktlarla əsaslandırılır və məsul şəxslər (struktur bölmələr) göstərilir.