Müşahidə Şurasının üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Səhmdarların ümumi yığıncağı Müşahidə Şurasının üzvləri sırasından Müşahidə Şurasının sədrini təyin edir. Müşahidə Şurası müxtəlif bacarıq, ixtisas və təcrübəyə malik üzvlərdən təşkil olunmalı, habelə Şuranın tərkibində gender müxtəlifliyi prinsipi də nəzərdən keçirilməlidir.