İnvestisiya şirkətinin təsdiq edilmiş daxili audit planında nəzərdə tutulmamış daxili audit yoxlaması səhmdarların ümumi yığıncağının və ya Müşahidə Şurasının qərarı, habelə investisiya şirkətinin adi səhmlərinin 10 (on) faizindən artıq hissəsinə malik olan səhmdarların və ya icra orqanının tələbi əsasında həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Bununla əlaqədar Audit Komitəsi zəruri tədbirlər görür.