Divarların qalınlığı xarici havanın hesablama temperaturundan asılı olaraq binalara şamil olunan istilik texnikası tələblərinə cavab verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə karkassız binaların hesablanma və layihələndirilmə xüsusiyyətləri”ndə əksini tapıb.
İripanelli binalarda elementlər arası qovuşuq yerlər aşağıdakı qaydalardan biri kimi yerinə yetirilməlidir:
– dilçəklərdə armatur çıxıntıları qaynaq olunmaqla və monolit beton doldurmaqla dilçəklər şəklində;
– qaynaqla işçi armaturlarına birləşdirilmiş polad qoyma detallarının qaynaqlanması ilə;
– ilməkli çıxıntıların çənbər ilə sonradan betonlamaqla birləşməsi.
Divar elementləri arası düyünlərdə birləşdirici elementlərin en kəsikləri hesablama ilə müəyyən olunmalıdır. Panellərin üfüqi birləşmələrində markası 100-dən az olmayan sement məhlulundan tikişlər nəzərdə tutulmalıdır. Polad qoyma detalları və düyünlərdə birləşdirici elementlər korroziyadan mühafizə olunmalıdırlar.