Dövlət vergiləri açıqlanıb.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.
Dövlət vergilərinə aşağıdakılar aiddir:
– fiziki şəxslərin gəlir vergisi;
– hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa);
– əlavə dəyər vergisi;
– aksizlər;
– hüquqi şəxslərin və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi;
– hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi;
– yol vergisi;
– mədən vergisi;
– sadələşdirilmiş vergi.