İnvestisiya şirkəti gözlənilməz hadisələrin baş verməsi zamanı məlumat itkisinin qarşısını almaq üçün biznesin bərpa və davamlılığı planına malik olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.

İnvestisiya şirkətinin fəaliyyətini və maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq ayrıca və konsolidasiya əsasında hazırlanır və illik maliyyə hesabatları kənar auditor tərəfindən təsdiq edilərək auditor rəyi ilə birlikdə qanunda  nəzərdə tutulmuş müddətdə açıqlanır.