İnvestisiya şirkətində korporativ idarəetmənin tətbiqi Müşahidə Şurası tərəfindən təmin olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
İcra orqanı Müşahidə Şurası tərəfindən təsdiqlənmiş strategiya və siyasətlərin effektiv icrasını təmin etməlidir. İnvestisiya şirkəti əsas fəaliyyət istiqamətlərini, səlahiyyət bölgüsünü, risklərin effektiv idarə edilməsini, adekvat daxili nəzarət sistemini, o cümlədən uçot prosedurlarını, effektiv informasiya sistemlərini ehtiva edən və effektiv mükafatlandırma siyasətinə əsaslanan idarəetmə və təşkilati struktura malik olmalıdır.