Komplayens funksiyası risklərin idarə edilməsi bölmələri ilə koordinasiyalı formada risklərin idarə edilməsi üzrə investisiya şirkətinin daxili qaydalarının hazırlanmasında, həmçinin risk iştahası bəyannaməsinə və siyasətinə riayət edilməsinin monitorinqinin aparılmasında iştirak edir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Komplayens funksiyası həmçinin komplayens risklərinin idarə edilməsi üzrə icra orqanının fəaliyyətinə davamlı dəstəyi təmin edir.