Müşahidə Şurasının hər bir üzvü öz biznes fəaliyyətinin investisiya şirkətinə mənfi təsir etməsinə yol verməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Müşahidə Şurasının hər bir üzvü vəzifə borcunun yerinə yetirilməsi ilə bağlı investisiya şirkəti, onunla investisiya şirkətinə aidiyyəti olan şəxslər, müştərilər və investisiya şirkəti ilə biznes əlaqəsi olan başqa şəxslər haqqında ona məlum olan hər hansı bir konfidensial məlumatı, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, heç bir şəxsə açıqlamamalıdır.