Seksiyalı boru kəmərləri qrunt mühitinin deformasiyası şəraitlərində birləşmələrin kipliyi təmin edilməklə layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə mühəndis qurğularının və boru kəmərlərinin hesablanma və layihələndirilmə xüsusiyyətləri”ndə əksini tapıb.
Layihələrdə seksiyalı boru kəmərləri üçün uzadılmış ağzı genli və boru kəmərlərinin tam istismar müddətində elastikliyini saxlayan uzunömürlü kipləşdiricili borular tətbiq olunmalıdır. Özü axıdan boru kəmərləri minimal yol verilən maillik saxlamaq şərtindən layihələndirilməlidir.