İnvestisiya şirkətinin risk iştahası bəyannaməsi, risklərin idarə edilməsinin təşkilati strukturu, risklərin idarə edilməsi siyasəti, risk limitləri, yeni xidmətlər üzrə risklərin idarə edilməsi, məlumatların icmallaşdırılması və risk hesabatlılığı risklərin idarə edilməsi sisteminin əsas elementləridir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.

İnvestisiya şirkətinin risk iştahası bəyannaməsində maddi əhəmiyyət daşıyan risklər tam əhatə edilməli və risk iştahası investisiya şirkətinin biznes strategiyasına uyğun olmalıdır.