“Telegram” potensial investorlar tərəfindən 30 milyard dollardan çox qiymətləndirilir.
Heftelik.az-ın məlumatına görə, bunu sosial şəbəkənin həmtəsisçisi Pavel Durov “Financial Times”-a müsahibəsində bildirib.
O qeyd edib ki, 30 milyard dollarlıq qiymətləndirmə o cümlədən qlobal texnologiya fondları tərəfindən müəyyən edilib.
“Financial Times” yazıb ki, Durov “Telegram”ın satışını istisna edib.
İş adamı “Telegram” səhmlərinin bir hissəsini adi istifadəçilərinə satmaq barədə düşünəcəyini də söyləyib.
Durov onu da bildirib ki, “Telegram”ın artıq 900 milyon istifadəçisi var, şirkətin bu və ya gələn il qazanc əldə edəcəyini gözləyir.
O, maraqlı mümkün yeniliklər arasında “Telegram”ın süni intellektə əsaslanan çat botunu təqdim etməyi düşündüyünü də əlavə edib.