Balakəndə qardaş bacısını bıçaqlayıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Balakən rayon sakini Adil Sayılov bacısı, 1961-ci il təvəllüdlü Həlimət Məmmədovaya kəsici alətlə xəsarət yetirib.
Həlimət Məmmədova aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.
Hdisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı müvafiq ekspertiza təyin olunub, əməli törədən A.Sayılov şübhəli şəxs qismində saxlanılıb və hazırda araşdırmalar davam etdirilir.