İnvestisiya şirkətinin təşkilati strukturu səhmdarların ümumi yığıncağı və ya səlahiyyət verildiyi halda Müşahidə Şurası tərəfindən təsdiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Təşkilati struktur investisiya şirkəti tərəfindən mütəmadi olaraq nəzərdən keçirilməli və zərurət olduqda yenilənməlidir. İdarəetmə və təşkilati struktur, habelə səlahiyyətlər bölgüsü investisiya şirkəti tərəfindən göstərilən xidmətlərin xüsusiyyətinə, əməliyyatların həcminə və mürəkkəbliyinə uyğun olmalı, maraqlar münaqişəsinə yol verməməli, anlaşıqlı olmalı və investisiya şirkəti daxilində bütün əməkdaşlarla kommunikasiya edilməlidir.