Risklərin səmərəli idarə edilməsi məqsədilə gömrük əməkdaşlarının məsuliyyət dərəcəsi və hesabatlılıq hədləri müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi risklərin idarəedilməsi Qaydararı”nda əksini tapıb.
Risklərin idarəolunmasında iştirak edən hər bir gömrük əməkdaşı məsuliyyət dərəcəsindən və idarəetmə səviyyəsindən asılı olmayaraq riskləri bu Qaydalarda nəzərdə tutulmuş prosesə uyğun müəyyənləşdirir və idarə edir.