Ümumi risklərin idarəedilməsi Qaydararı “Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında” Beynəlxalq Konvensiyanın (Yenilənmiş Kyoto Konvensiyası), Ümumdünya Gömrük Təşkilatının Gömrük Risklərinin İdarəolunması üzrə Kompendiumuna, Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 31000 (Risklərin idarəolunması) standartına uyğun olaraq hazırlanmışdır və gömrük orqanları sistemində risklərin idarəolunması prosesini tənzimləyir.
Heftelik.az-ın məlumatına görə, risk Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi ehtimalıdır.