Hər bir investisiya şirkətində Audit Komitəsi yaradılır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
İnvestisiya şirkətinin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə investisiya şirkətinin risk profili, habelə fəaliyyətinin istiqamətləri və xüsusiyyəti nəzərə alınmaqla Komplayens Komitəsi, Riskləri İdarəetmə Komitəsi, Korporativ İdarəetmə Komitəsi və (və ya) digər komitələr yaradıla bilər. Komitələrin tərkibi, funksiya və səlahiyyətləri, qərarların qəbul edilməsi qaydası bu Standartların tələbləri nəzərə alınmaqla onların əsasnamələri ilə müəyyən edilir. Komitələr öz fəaliyyətində icra orqanından asılı deyil və Müşahidə Şurası qarşısında hesabat verirlər.