Müşahidə Şurasının hər bir üzvü insayd məlumat əsasında digər şəxsləri qiymətli kağızların və törəmə maliyyə alətlərinin alınmasına (satılmasına) və ya alınmasından (satılmasından) imtina edilməsinə təhrik etməməli və ya tövsiyələr verməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Müşahidə Şurasının hər bir üzvü özünün və ya digər şəxslərin hesabına insayd məlumatdan istifadə etməklə birbaşa və ya dolayı yolla qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alqı-satqısını həyata keçirməyə və ya belə əqdlərin bağlanmasına cəhd etməməlidir.