Komplayens funksiyası investisiya şirkətinin həyata keçirdiyi investisiya xidmətlərinin (əməliyyatlarının) genişləndirilməsi və yeni layihələrin hazırlanması, o cümlədən tətbiqi prosesində iştirak edir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Komplayens funksiyası həmçinin komplayens risklərinin əhatə olunduğu yeni tələblərlə əlaqədar daxili kommunikasiyanı təmin edir, investisiya şirkətinin fəaliyyəti üzrə qərarvermə prosesində maraqlar münaqişəsini müəyyən edir və dövri olaraq qiymətləndirir.