Tibbi müayinə nəticəsində narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən olunmuş vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməz.
Heftelik.az-ın xəbərinə görə, bu, Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.