Vergi ödəyicisinin ailə üzvlərinə aydınlıq gətirilib.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.

Vergi ödəyicisinin ailə üzvləri:

– ər-arvadlar;

– valideynlər, övladlar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, babalar, nənələr və nəvələr;

– vərəsələr;

– doğma (ögey) bacılar (qardaşlar);

– bacı və qardaş övladları;

– ər-arvadların bacıları, qardaşları və valideynləri;

– bacıların ərləri və qardaşların arvadları;

– valideynlərin bacıları (qardaşları);

– qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda.