Müşahidə Şurası uçot siyasətində müəyyən edilmiş metod və daxili prosedurların lazımi qaydada və vaxtında yerinə yetirilməsinə nəzarəti təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
İnvestisiya şirkəti digər hüquqi şəxsin törəmə təsərrüfat cəmiyyəti olduqda Müşahidə Şurası əsas cəmiyyətin verdiyi göstərişləri onların investisiya şirkətinin maliyyə vəziyyətinə mənfi təsir edib-etməməsi və qanunvericiliyə, o cümlədən prudensial qaydalara zidd olub-olmaması baxımından qiymətləndirir və qiymətləndirmənin nəticəsinə müvafiq olaraq zəruri tədbirlər görür.