Daxili nəzarət sistemi risklərin idarəedilməsi, komplayens və daxili audit funksiyaları daxil olmaqla investisiya şirkətinin fəaliyyəti üzərində monitorinqi təmin edən idarəetmə və təşkilati strukturu əhatə edən sistemdir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Strateji baxış investisiya şirkətinin bazar mövqeyinin möhkəmləndirilməsinə və dəyərinin artırılmasına hədəflənən uzunmüddətli fəaliyyət hədəfi, missiya bəyanatı strateji baxışın əsas prinsiplərinin qısa icmalıdır.