Ölkəmizin başçısı cənab İlham Əliyev Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edərək Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb. Cənab Prezident bildirib ki, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəklənir. Təəssüf ki, Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransanın mövqeyi belə deyildir.

Cənab Prezident beynəlxalq institutların və bəzi dövlətlərin ikili standartlarına kəskin etirazını bildirərək deyib: “İndi biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq. Biz Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq. Ukraynanı götürək, Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərir. Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bəs bizim ərazi bütövlüyümüz?! Məgər bu məsələ Ukrayna məsələsindən daha az önəmlidir? Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük.

Ölkəmizin sabit inkişafa malik olduğunu, kiminsə torpağında gözü olmadığını qeyd edən ölkə başçısı bildirib ki, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra hər hansı hərbi hərəkətlilik yoxdur. Biz ilk növbədə ədalətli sülh istəyirik. Lakin görünən budur ki, bəzi dövlətlər sülh müqaviləsinin bağlanmasını, münaqişənin başa çatmasını istəmirlər. Avropa İttifaqının sədri Cozef Borrel isə olmayan və absurd bir şeydən danışaraq Azərbaycanı hədələyir. Lakin belə hədələr artıq keçərli deyil və Azərbaycanla təhdid dilində danışmağın mənası da yoxdur. Fransa prezidenti Makronun insinuasiyalarına əsaslanmağın mənasızlığı açıq-aşkar ortadadır.

Cənab Prezident Avropa Şurasında Azərbaycanla bağlı qərara da etiraz edərək bunun əslində Avropa Şurasının özünə ziyan gətirdiyini bildirib. Ölkəmizin başçısı qeyd edib ki, Avropa Şurasında olan cəmi iki qeyri-xristian ölkəsindən birinə qarşı yönəlmiş bu qərar tezliklə ləğv olunmalıdır. əks təqdirdə Azərbaycanın Avropa Şurası üzvlüyündən tam çıxması gündəmə gətiriləcək.

Dövlətimizin başçısı bir məsələni də təəssüf hissi ilə qeyd etdi ki, Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir.

Azərbaycanın özünü təmin edən ölkə olduğunu qeyd edən dövlətimizin başçısı bildirdi ki, ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. Kimsə bizim inkişafımıza töhfə vermək istəyirsə biz minnətdar olarıq. Bu olmazsa biz yenə də təəssüflənməyəcəyik.

 

Eltun Süleymanov,

Nəsimi RİH-nin yanında

İctimai Şuranın sədr müavini