Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə rəis təyin edilib.

Heftelik.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Yasamal RPİ-nin rəisi polis polkovniki Cəmil Əmirov Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi polis general-mayoru Nüsrət Şirinov bir müddət əvvəl təqaüdə göndərilib.