Hər bir investisiya şirkəti öz strateji baxışını müəyyən edir və onun əsasında strateji planlaşdırma dövrü üçün missiya bəyanatını hazırlayır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Strateji baxış və missiya bəyanatı Müşahidə Şurası tərəfindən təsdiq edilir və məlumat üçün səhmdarların ümumi yığıncağına təqdim edilir. İnvestisiya şirkətinin strateji baxış və missiya bəyanatı əsasında strateji plan hazırlanmalıdır.