Borc qiymətli kağızlarının əldə edilməsi ilə bağlı ödənişlər edildikdə Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.

Azərbaycan Respublikasına qoyulmuş investisiyalar və Azərbaycan Respublikasındakı maliyyə institutlarına yerləşdirilmiş depozitlər üzrə faiz və dividend gəlirləri ödənildikdə və güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin rezidentlərinin əməkhaqqı və pensiyaları ödənildikdə Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir.