Risklərin idarə edilməsi üzrə struktur bölmələr əsasən risklərin qiymətləndirilməsi, təhlili, monitorinqi, hesabatlılığı, habelə risklərin idarə edilməsi üzrə investisiya şirkətinin daxili qaydalarının və risk iştahası bəyannaməsinin hazırlanmasına məsuldur.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmələrin rəhbərləri risklərin idarə edilməsi üzrə azı 2 (iki) illik iş təcrübəsinə malik olmalı və vəzifəyə Müşahidə Şurası tərəfindən təyin olunmalıdır.