Müşahidə Şurasının hər bir üzvü xidməti vəzifələrin həyata keçirilməsi ilə əlaqədar insayd məlumatın açıqlanması halları istisna olmaqla, digər şəxslərə həmin məlumatı ötürməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Müşahidə Şurasının hər bir üzvü investisiya şirkətində daxili nəzarət, maliyyə fəaliyyətinin nəticələri və strateji planın icrası ilə bağlı problemləri investisiya şirkətinin aidiyyəti vəzifəli şəxsləri ilə müzakirə etməlidir.