Kanallarla, şırımlarla, divar oyuqları ilə zəifləndirilmiş konstruksiyalar hesablanmaya və ya konstruktiv tələblərə müvafiq əlavə armaturlar qoymaqla gücləndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə karkassız binaların hesablanma və layihələndirilmə xüsusiyyətləri”ndə əksini tapıb.
Karkassız binaların bünövrə-zirzəmi hissəsinin konstruksiyaları zavod şəraitində hazırlanan yığma məmulatlar tətbiq edilməklə əksər hallarda yığma-monolit layihələndirilməlidir. Bu həllər möhkəmliyi və sərtliyi kifayət qədər təmin etmədikdə binanın yeraltı hissəsi monolit layihələndirilməlidir. Sərtliyin artırılması məqsədi ilə həmçinin binanın bünövrə-zirzəmi hissəsində əlavə divarların tikilməsinin nəzərdə tutulmasına yol verilir.