Çempionlar Liqasının 1/8 final mərhələsinin Londonun “Arsenal” və “Portu” klubları arasında cavab oyunu başa çatıb.
Heftelik.az-ın məlumatına görə, matçın əsas vaxtında “Arsenal” “Portu”ya 1:0 hesabı ilə qalib gəlib. İki oyunun cəminə (1:1) əsasən, komandaların qol vura bilmədiyi görüş əlavə vaxta kimi davam edib. Penaltilər seriyasında “Arsenal”ın futbolçuları daha güclü olub – 4:2.
41-ci dəqiqədə “Arsenal”ın heyətində belçikalı vinger Leandro Trossard fərqlənib.
Xatırladaq ki, bu mövsümün 1/8 final mərhələsinin ilk oyununda “Portu” doğma meydanda “Arsenal” üzərində 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu braziliyalı yarımmüdafiəçi Venderson Qaleno vurub.
***
saat 02.00
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan daha bir komandanın adı məlum olub.
Heftelik.az-ın məlumatına görə, “Barselona” İtaliyanın “Napoli” komandası ilə üz-üzə gəlib.
Tərəflər arasında görüş 3:1 hesabı ilə ispaniya təmsilçisinin xeyrinə başa çatıb.
İspanların qollarını Fermin Lopez (15-ci dəqiqə), Joao Kanselo (17) və Robert Levandovski (83) vurub. İtaliyanların qoluna Amir Rrahmani (30) imza atıb.
İlk görüş 1:1 hesabı ilə başa çatıb. Bundan əvvəl hazırkı turnirin qalibi İngiltərənin “Mançester Siti”, İspaniyanın “Real Madrid”, Almaniyanın “Bavariya” və Fransanın “Paris Sen-Jermen” klubları Çempionlar Liqasının 1/4 finalına yüksəlib.
1/4 final mərhələsinin püşkatma mərasimi martın 15-də keçiriləcək. İlk oyunlar aprelin 9 və 10-da, cavab qarşılaşmaları isə aprelin 16 və 17-də keçiriləcək. Çempionlar Liqasının finalı iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək.