Ümumilikdə dostluq və qardaşlıq çox geniş və həmçinin müqəddəs ifadələrdir. Hər bir insan dost olmağı bacarmalıdır, hər bir dost da qardaş olmağı bacarmalıdır. Dostluq, qardaşlıq sonsuz güvən gərəkdirir. İnsanlarla yanaşı dövlətlərdə qardaş ola bilir. Bu dövlətlər arasında kı güvəndən irəli gəlir. Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib. Qardaş olan şəxslər səmimi, dürüst olmalıdırlar.

 

Nazənin Dadaşova

Nəsimi Rayon könüllüsü