Az qala cinayət işi qaldırılan, işdən çıxarılan rəisi Lənkəranda SOCAR-ın Neft Bazasına  direktor qoyublar. Bu, necə olur?!.

Heftelik.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, qurumun rəsmi fikrini bilmək istəyir: “Söhbət Lənkəran şəhəri 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi olmuş Namiq Bağırovdan gedir. Onun haqqında mediada da yazılar çıxmışdı. Bu adama cinayət işi açılırdı, işdən çıxarılıb. Bu adam necə belə mühüm vəzifəyə gətirilə bildi?!”.