Risk iştahası bəyannaməsinin göstəricilərinin dözümlülük zonalarına uyğunluğu aylıq əsasda monitorinq olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Risklərin idarə edilməsi siyasəti ən azı risklərin idarə edilməsi işinin təşkilini, o cümlədən səlahiyyətlərin bölgüsünü, investisiya şirkətinin həyata keçirdiyi xidmətlərin (əməliyyatların) növləri, biznes prosesləri və informasiya sistemləri üzrə risklərin idarə edilməsi prosesini, habelə yeni xidmət (əməliyyat) növləri və sistemlərin tətbiq edilməsinə investisiya şirkətinin risk yanaşmasını əhatə edir.