İnvestisiya şirkətinin məlumatları necə açıqlamalı olduğu məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.

İnvestisiya şirkəti  istifadəçiləri üçün aşağıdakı məlumatları  ildə bir dəfədən az olmayaraq, bu məlumatlarda mühüm dəyişikliklər baş verdikdə isə yarım ildə bir dəfədən az olmayaraq açıqlayır:

– investisiya şirkətinə aidiyyəti olan şəxslərlə aparılmış əməliyyatlara dair ümumi məlumatlar (həcmi, sayı və s.);

– cəlb edilmiş maliyyə vəsaitləri;

– idarəetmə orqanları və vəzifəli şəxslər (xarici investisiya şirkətinin yerli filialları üzrə rəhbər işçiləri (filialın rəhbəri və onun müavini, habelə bir və ya bir neçə struktur bölməsinə nəzarəti həyata keçirən (kuratorluq edən) əməkdaşı), onların əsas və əlavə iş yerləri, telefon nömrəsi, elektron poçt ünvanı, onların təhsili və ixtisası barədə məlumat;

– təşkilati strukturu;

– inkişaf siyasəti (investisiya şirkətlərinin strateji baxışı və missiya bəyanatı, investisiya şirkətlərinin strateji hədəfləri);

– səhmdar kapitalının gəlirliyi və dividend siyasəti;

– investisiyaların həcmi və mənbəyi;

– cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi (o cümlədən, investisiya qiymətli kağızlarının növü, forması, dövlət qeydiyyatı nömrəsi, nominal dəyəri, mülkiyyətçilərinin hüquqları, ödəniş müddəti);

– ictimai layihələr;

– olduğu halda investisiya şirkətinə verilmiş reytinqlər barədə məlumat (reytinq agentliyinin adı, reytinqin verildiyi tarix, investisiya şirkətlərinin cari və əvvəlki reytinqi);

– investisiya şirkətində fəaliyyət göstərən daxili komitələr, onların əsas vəzifələri və tərkibi haqqında məlumat;

– investisiya şirkətlərinin rəhbərliyində və təşkilati strukturunda baş verən əhəmiyyətli dəyişikliklər haqqında məlumat;

– mükafatlandırma siyasətinin əsas prinsipləri;

– investisiya şirkətlərinin son maliyyə ili üzrə auditini həyata keçirən kənar auditor haqqında məlumat;

– investisiya şirkətinin filialları haqqında məlumat (adı, ünvanı, həyata keçirdiyi xidmət (əməliyyat) növləri, açıldığı tarix və əlaqə rekvizitləri);

– investisiya şirkətinin törəmə təsərrüfat cəmiyyətləri barədə məlumat (adı, göstərdiyi xidmətlər);

– investisiya şirkətlərinin kapitalında müvafiq iştirak payına malik olan səhmdarlar və onların iştirak payları barədə qiymətli kağızlar bazarı haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq əldə edilən məlumat;

– müvafiq dövr üzrə müştərilərdən daxil olan şikayətlərin sayı, məzmunu və nəticələri barədə ümumiləşdirilmiş məlumat.