Qazaxda yol qəzası olub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun İkinci Şıxlı kəndində qeydə alınıb.
Gürcüstanın Azərbaycandakı Səfirliyinə məxsus avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində 1955-ci il təvvəlüdlü Khulordava Malkhaz və 1956-ci il təvvəlüdlü Todua Yali xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım birqadası cəlb olunub.