Riskə dözümlülük barədə qərar qəbul edilsə də, riskin dəyişmə səviyyəsi nəzərə alınmaqla onların izlənilməsi və idarə edilməsi nəzarətdə saxlanılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi risklərin idarəedilməsi Qaydararı”nda əksini tapıb.
Riskə təsir gömrük əməliyyatları üzrə risklərin idarə edilməsi baxımından ən çox istifadə edilən tədbirdir. Riskə təsir risk səviyyəsini minimallaşdırmaq üçün Gömrük Məcəlləsinin 92-ci maddəsi ilə nəzərdə tutulmuş nəzarət tədbirlərindən və həmin tədbirləri tətbiq etməklə meydana gələn risk ehtimalının və nəticələrinin azaldılmasından ibarətdir.