Risklərin idarəolunması sisteminin təşkilati strukturu müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi risklərin idarəedilməsi Qaydararı”nda əksini tapıb.
Risklərin idarəolunması sisteminin təşkilati strukturuna aşağıdakılar daxildir:
– tərkibi Komitə sədri tərəfindən təsdiq olunan Risklərin İdarəolunması Şurası (bundan sonra – Şura). Şura Komitənin risklərin idarəolunması üzrə siyasətini müəyyən edir, strateji baxış və hədəfləri müəyyənləşdirməklə Komitənin fəaliyyətinin maraqlı tərəflərin gözləntilərinə və tələblərinə cavab verən şəkildə qurulması məqsədilə ümumi müşahidəni həyata keçirir;
– risklərinin idarəolunması sisteminin subyektləri – risk meneceri, risk sahibi, risk koordinatoru və nəzarət sahibi. Komitənin struktur bölmələri öz fəaliyyət istiqamətlərinə uyğun risk sahibi, onların tərkibində fəaliyyət göstərən və risk sahibi tərəfindən müəyyən olunmuş məsul vəzifəli şəxslər risk koordinatoru, riskə təsir və nəzarət tədbirlərini bilavasitə, yaxud dolayısı ilə həyata keçirən bütün vəzifəli şəxslər isə nəzarət sahibi hesab olunur. Komitə aparatının struktur bölməsi olan Gömrük Riskləri İdarəsi risk meneceri vəzifələrini icra edir.