Yerli vergilər (bələdiyyə vergiləri) müəyyənləşib.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.
Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır:
– – fiziki şəxslərin torpaq vergisi;
– fiziki şəxslərin əmlak vergisi.
– bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.
Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir.