Risklərin idarə edilməsi siyasətinə ən azı ildə bir dəfə yenidən baxılır və tələb olunduqda müvafiq dəyişikliklər edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Risk iştahasına uyğun olaraq, risk limitləri investisiya şirkətinin ölçüsünə, risk profilinə, fəaliyyət istiqamətlərinə uyğun olaraq ümumi investisiya şirkəti üzrə müəyyən edilir. Müşahidə Şurasının təsdiq etdiyi risk limitləri daxilində icra orqanı tərəfindən alt limitlər təsdiq edilir.