Boyuna divarların oxlardan 1,5 m-dən çox olmayan məsafədə yeri dəyişdirilən sahələri ilə lociyalar qurulduqda divar müstəvisində düzxətli dəmir-beton divar və bünövrə, həmçinin lociyanın konturu üzrə kəmərlər nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə karkassız binaların hesablanma və layihələndirilmə xüsusiyyətləri”ndə əksini tapıb.
Divar kəmərlərinin düzxətli elementləri kimi lociya üzərində mərtəbəarası örtük konstruksiyasının istifadəsinə yol verilir. Bu halda sınan yerlərdə konstruksiyalar gücləndirilməlidir və kəmər konstruksiyası ilə etibarlı əlaqələndirilməlidir.