Hər bir investisiya şirkətində onun risklərin idarə olunması siyasətinə müvafiq olaraq mükafatlandırma siyasəti müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Mükafatlandırma siyasəti ən azı aşağıdakı prinsiplər əsasında formalaşdırılır:

– investisiya şirkətinin strateji hədəflərə nail olmasına yönəldilməli;

– investisiya şirkətinin uzunmüddətli fəaliyyət nəticələrinə və mənfəətliliyinə əsaslanmalı;

– investisiya şirkətinin risk iştahasına adekvat olmalı və izafi risk qəbulu məhdudlaşdırmalı;

– investisiya şirkəti tərəfindən üzərinə uzunmüddətli risklərin götürülməsi hesabına qısamüddətli dövrdə gəlir əldə etməsinə təşviq etməməli;

– maraqlar münaqişəsinə  yol verməməlidir.