UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun oyunları keçirilir.
Heftelik.az-ın məlumatına görə, Avropanın nüfuzlu turnirində “Atletiko” – “İnter” və “Borussiya” – PSV komandaları qarşılaşıb.
Doğma divarlar önündə Niderland təmsilçisi PSV-ni qəbul edən “Borussiya” mərhələyə adlayıb.
90 dəqiqqənin tamamında 2:0 hesablı qələbəyə sevinən dortmunlullar ümumi hesabda da irəli çıxıb – 3:1.
Yekunda Almaniya təmsilçisi Avropanın nüfuzlu turnirində yoluna 1/4 final mərhələsində davam edəcək.
“Atletiko” – “İnter” oyununda isə ümumi hesab bərabər olduğundan qalip penaltilərlə müəyyənləşib. Hakan Çalhanoğlunun çıxış etdiyi “İnter” penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.