Müşahidə Şurasının hər bir üzvünə iсlasın gündəliyi barədə yazılı (elektron və ya kağız daşıyıcıda) bildirişin verilməsi qaydası və müddəti müəyyən edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Gündəliyə iclasda müzakirə olunaсaq məsələləri əks etdirən dolğun və tam açıqlanmış yazılı materiallar əlavə edilməlidir. Müşahidə Şurasının hər bir üzvünə növbəti iclasın gündəliyi ilə birlikdə investisiya şirkətinin daxili qaydaları ilə müəyyən edilmiş dövrilik üzrə təqdim edilməsi nəzərdə tutulan məlumat və hesabatlar da təqdim edilməlidir. Məlumat və hesabatlarda ən azı investisiya şirkətinin maliyyə vəziyyəti və dayanıqlılıq göstəriciləri, illik büdcənin təhlili, Mərkəzi Bank, vergi, icra və digər dövlət orqanları (qurumları) ilə bütün əhəmiyyətli yazışmalar (investisiya şirkətinin fəaliyyətində aşkar olunmuş nöqsanlar, məcburi göstərişlər, sərəncamlar və s.) və nəzərdə tutulan tədbirlər planı, investisiya şirkəti fəaliyyətini tənzimləyən hüquqi çərçivədə yeniliklər, daxili və kənar auditin təklifləri, tövsiyələri və onların icra vəziyyəti, investisiya şirkətinin məruz qaldığı risklərin təhlili əhatə olunmalıdır.