İcra orqanı strateji plana hər il başa çatdıqdan sonra ötən ilin nəticələri əsasında yenidən baxır və tələb olunduqda düzəlişlər edilməsi barədə Müşahidə Şurasına təkliflər verir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
İcra orqanı eyni zamanda illik maliyyə hesabatlarının məlumat istifadəçilərinə vaxtında açıqlanmasını təmin edir, maliyyə planlaşdırılması sistemini yaradır və illik büdcənin icra vəziyyətini təhlil edir.